" Tramp ya camaatı ağılsız yerinə qoyur, ya da..." - Ağ Ev rəhbəri dünyanı necə aldadır?

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib və vəziyyətin izlənilməsini istəyib.
O, bu barədə “Truth social” şəbəkəsindəki səhifəsində yazıb.
“Rusiya ilə bağlı əhəmiyyətli irəliləyiş. Bizimlə qalın”, - o bildirib.
O növbəti paylaşımında qeyd edib : “Mənə gəldikdə yalançı medianın həqiqəti necə qəddarcasına təhrif etməsi inanılmazdır. Onları mənim haqqımda həqiqəti yazmağa və ya xəbər verməyə məcbur etmək üçün deyə biləcəyim və edə biləcəyim heç nə yoxdur. Alyaskada (keçmiş ABŞ prezidenti Cozef) Baydenin axmaq müharibəsi, heç vaxt baş verməməli olan müharibə haqqında əla görüş keçirdim”.
Ağ Ev liderinin bu fikirləri barədə politoloq Əhəd Məmmədli Crossmedia.az-a danışıb: "Nə irəliləyiş əldə ediblər ki? Hansı real açıqlama var? Ukrayna deyir ki, torpaqlarımız qayıtmalıdır. Rusiya isə tutduğu ərazilərdən əlavə konstitusiyasına əlavə edilən əraziləri də tələb edir. Tramp ya camaatı ağılsız yerinə qoyur, ya da söz demək naminə danışır. Və özünü sülh üçün çalışan lider kimi göstərməyə çalışır. Tramp irəliləyişin əldə olunduğunu deyir. Lakin nə Rusiya, nə də Ukrayna belə bir açıqlama verməyib. O görüşün Ukrayna məsələsinə heç bir dəxli yoxdu. Görüşün məqsədi Rusiya-ABŞ münasibətlərinin normallaşdırılmasına xidmət edirdi. Tramp şou-mendir. Ümumiyyətlə, ABŞ-də siyasi şoular çox olur. Tramp problemin həll edildiyini deyir, Avropa Ukraynaya dəstək verəcəyini, Ukraynada ərazi bütövlüyünü təmin edəcəyini bildirib. Burda hansı həldən söhbət gedə bilər?”.
Ayhan
12:57 18.08.2025
Oxunuş sayı: 1452