"Ukrayna məsələsində Rusiya geri çəkilmək istəmir" - RƏY

Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibənin həlli və atəşkəs üçün dünya dövlətləri dəfələrlə vasitəçilik etsə də, hər iki tərəfi razı salacaq bir anlaşma əldə edilməyib. Tərəflərin hərbi resurslarının, eyni zamanda canlı hərbi qüvvəsinin tükənməsinə baxmayaraq sülhə, atəşkəsə raılaşmırlar. Hazırda bu müharibənin bitməsində daha yaxından iştirak edən tərəf isə ABŞ-dir. Tramp hakimiyyətə gəlməmişdən əvvəl verdiyi vədləri yerinə yetirə bilməsə də nəticənin eyni olması, müharibənin bitməsi üçün hələ də çalışır. Bu konteksdə avqustun 15-i Rusiya prezidenti Vladimir Putin və Tramp arasında nəzərdə tutulan görüş müharibənin bitməsinə yaxud hər hansı anlaşmanın əldə edilməsinə hesablanıb.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Crossmedia.az-a açıqlama verib: “Düşünürəm ki, Rusiya ilə ABŞ rəhbərləri arasında bütün qlobal məsələlər müzakirə olunacaq. Bura Ukrayna müharibəsi də, Mərkəzi Asiya ilə bağlı planlar da, xüsusilə Azərbaycan və Ermənistan arasında anlaşma, Yaxın Şərqdəki vəziyyət, Rusiyaya qarşı olan sanksiyalar paketi v.s. İstənilən halda bu görüşün baş tutması müsbət haldır. Çünki bu görüş gərginliyin azalmasına, müharibənin səngiməsinə səbəb ola bilər. Ancaq burda müzakirə mövzusu böyük ehtimalla Ukrayna olacaq. Ukrayna məsələsində də Rusiya geri çəkilmək istəmir. Ən azından Kırım və 4 vilayəti Ukraynadan qoparmaq istəyir. Digər tərəfdən də Tramp Ukrayna və digər Avropa dövlətlərini buna razı sala bilmir. Rusiya danışıqlardan daha çox Ukraynada böyük uğurlar əldə etmək istəyir. Bu da Donald Trampı narahat edir. Ukraynada hərbi resurslar azalıb, ABŞ-dən əvvəlki kimi dəstək ala bilmir. Buna görə də ola bilsin ki, Ukraynanın mövcud vəziyyəti onu atəşkəsə məcbur eləsin. Düzdür qeyd etdiyim kimi atəşkəs hələ real görünmür. Rusiya 4 vilayəti almaq istəyir, Ukryana da Rusiyanın o torpaqları boşaltmasını istəyir. Ola bilsin ki, Ukrayna cəbhəsində keçici müddətə atəşkəs əldə olunsun".
Ayhan
17:24 14.08.2025
Oxunuş sayı: 1596