Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.
Crossmedia.az “Azəriqaz” İB Sumqayıt QİS-ə istinadən xəbər verir.
Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.
12:53 13.08.2025
Oxunuş sayı: 1740