Çimərlikləri zibilliyə çevirənlər: Kimdir müqəssir?

Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Xəzər dənizinin sahilini çirkləndirən 14 nəfər məsuliyyətə cəlb olunub. Həmçinin bildirilib ki, Bakının Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib. Əslində heç nazirliyin məlumatına ehtiyacda yoxdur. Çimərliklərə ayaq basmağımız oradakı vəziyyəti görməyimiz üçün kifayətdir. Bunun üçün cəmi bir neçə dəqiqə kifayətdir. Qarpız, yemiş qabıqları, boş butulkalar, sallofan torbaların əlindən, az qala, tərpənmək olmur...
Çimərliklərin çirkləndirilməsi hansı sosial problemlərin gələcəyindən xəbər verir? Bu problemin qarşısını almaq üçün hansı əlavə tədbirlər görülməlidir?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlama verub:
“Tullantıılar xəstəliklər üçün potensial və real təhlükədir. Eyni zamanda, istirahət edənlər üçün diskomfort durum yaradır, insanları təbiətdən, dəniz istirahətindən uzaqlaşdırır, ictimai əhvalı ruhiyəyə neqativ təsir göstərir. Əcnəbilərdə ölkəmizlə bağlı mənfi rəy yaradır. Buna görə də həm hüquqi tənbeh tədbirlərini daha da sərtləşdirmək, həmin ərazilərdə kameralar quraşdırmaq, vətəndaşları məlumatlandırmaq lazımdır. Bu xoşagəlməz hallara qarşı vətəndaş dözümsüzlüyü, sosial nəzarət, ictimai iştirakçılığı zəruridir. Bu təkcə dövlət qurumlarının işi deyil. Dövlət ictimai çimərliklər yaradaraq vətəndaş rifahı və məmnunluğun təmin edir. İnsanlar da çimərlikləri tulantılarla zibilləyən, ekoloji mühiti korlayanlara anındaca reaksiya verməli, belə şəxsləri ictimai qınaq etməlidir. İnsanlar bir- birilərinin davranışlarına güzgü tutmağı bacarmalıdır, axı cəmiyyət özü-özünü tənzimləyən sistemdir”.
Ayhan
20:32 08.08.2025
Oxunuş sayı: 693