"Karvan" almaniyalı futbolçu ilə anlaşıb

Yeni
mövsümdən Premyer Liqada iştirak hüququ qazanan "Karvan" yeni
futbolçu ilə anlaşıb.
Crossmedia.az
xəbər verir ki, bu barədə klub məlumat yayıb. Məlumata görə, Yevlax təmsilçisi
almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib.
Qeyd edək ki, futbolçu ilə 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç”
klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”,
“Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib.
22:50 29.07.2025
Oxunuş sayı: 1219