ABŞ və Aİ razılığa gəldi: Kim uduzub, kim uddu?

Transatlantik ticarət razılaşması: Aİ və ABŞ arasında tarazlıq, yoxsa təslimiyyət?
Avropa İttifaqı (Aİ) ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında imzalanmış yeni ticarət çərçivə sazişi qlobal iqtisadi münasibətlərdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Razılaşmaya əsasən, Aİ ABŞ mallarına tətbiq edilən əsas idxal rüsumunu 15 faizə endirmək öhdəliyi götürüb. Bu addım transatlantik ticarət müharibəsinin qarşısının alınması məqsədi daşısa da, siyasi və ictimai dairələrdə müxtəlif reaksiyalar doğurub. Bəzi Avropa liderləri sazişi iqtisadi sabitlik baxımından alqışlasa da, digərləri bunu Avropa dəyərlərinin ABŞ təzyiqi qarşısında geri çəkilməsi kimi qiymətləndirir. İqtisadi maraqlar, siyasi prinsipiallıq və regional nüfuz uğrunda atılan bu addımın nəticələri isə hələ uzun müddət müzakirə mövzusu olacaq.
Mövzu ilə bağlı iqtisadçı - ekspert Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib: “Bu anlaşmadan birmənalı olaraq qzanclı çıxan Vaşinqtondur. ABŞ bu müqaviləni daha üstün şərtlərlə imzaladı. Çünki 15% lik rüsumdan əlavə Avropa Birliyi ABŞ-yə böyük həcmdə investisiya qoymağı da öz boynuna götürdü. Bundan başqa silah alveri ilə bağlı da təkliflər gəlir. Avropa ABŞ-dən külli miqdarda silah da alacaq. Yəni hələlik görünən odur ki, Aİ ABŞ-nin qarşısında dura bilmədi. Bu addımı ABŞ-nin növbəti ticarət qələbəsi kimi qiymətləndirmək olar. Bu da ondan xəbər verir ki, Aİ instusional olaraq ABŞ ilə rəqabət aparmaq qabiliyyətində deyil”.
Ayhan
15:31 29.07.2025
Oxunuş sayı: 1724