Makron yadda saxlamalıdır: "Ermənistana görə savaşanlar heç vaxt xoşbəxt olmur"

Fransa iyulun 17-də özünün sonuncu hərbi bazalarını rəsmi şəkildə Senegala təhvil verəcək. Bununla da Fransa ordusunun Qərbi və Mərkəzi Afrikada daimi hərbi mövcudluğu sona çatacaq.
Bu barədə Fransanın "France 24" kanalı məlumat yayıb.
Sözügedən hadisə ilə Fransa ordusunun Senegalda 65 il davam edən hərbi mövcudluğu başa çatır. Daha əvvəl də Fransa öz qoşunlarını qitədəki digər ölkələrdən çıxarmışdı. Bu, keçmiş koloniyaların getdikcə daha çox müstəqilliklərini vurğulaması və Parisdən uzaqlaşmaq istəkləri ilə əlaqələndirilir.
Senegalda əsas vəzifəsi yerli ordu ilə birgə əməliyyatlar keçirmək olan təxminən 350 fransız əsgəri ölkəni tərk edəcək. Bu proses üç aydan artıq davam edib. Fransa bazaların təhvilinə 2024-cü ilin mart ayında başlamışdı. 2024-cü il prezident seçkilərində qələbə qazanan Bassiru Diomae Faye Fransadan 2025-ci ilə qədər qoşunlarını tamamilə geri çəkməyi tələb etmişdi.
Lakin Burkina-Faso, Mali və Niger kimi digər keçmiş koloniyalardan fərqli olaraq, Prezident Faye Senqalın Parislə əməkdaşlığını davam etdirəcəyini bildirib.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Vətən Müharibəsindəki qələbəsindən sonra Azərbaycana qarşı düşmənçilik münasibəti bəsləyən Fransa Qərbi və Mərkəzi Afrikanı tərk etməkdə davam edir: "Bu dəfə Napaleonun uğursuz xələfləri Seneqalda 60 il davam edən hərbi iştirakını sonlandırıb. Fransa qoşunlarının Seneqaldan çıxarılması mart ayından başlayıb və o vaxtdan bəri Fransa silahlı qüvvələri bir neçə hərbi obyekti Seneqal ordusuna təhvil verib. 2022-ci ildən sonra Fransa ordusu Mali, Burkina Faso, Niger, Çad, Kot-d'İvuar və Qabonda daimi mövcudluğunu dayandırıb. Fransa Prezidenti Emmanuel Makron yadda saxlamalıdır ki, 30 illik erməni işğalına haqq qazandıranlar, Baqanis-Ayrım, Xocalı, Malıbəyli, Qaradağlı, Quşçular və başqa ərazilərdə azərbaycanlıların soyqırımını bilərəkdən görməyənlər, Azərbaycanka işğalçı Ermənistana görə savaşanlar heç vaxt xoşbəxt olmur. Amma Azərbaycanın dəstək verdiyi zəif Afrika ölkələri belə BMT TŞ-nin üzvü və nüvə dövləti olan müstəmləkəçi Fransa qoşunlarını ərazisindən iti qovan kimi qovur. Azərbaycanın erməni silahlılarını Qarabağdan qovquğu kimi".
Kənan Novruzov
22:20 17.07.2025
Oxunuş sayı: 7142