Denis Şmıqal vəzifəsindən istefa verdi - Yeni baş nazir namizədi məlumdur

Ukraynanın Baş naziri Denis Şmıqal vəzifəsindən istefa verdiyini açıqlayıb. O, bu barədə öz Telegram kanalında paylaşım edib.
Crossmedia.az xəbər verir ki, Şmıqal paylaşımında Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə, Prezident Vladimir Zelenskiyə və komandasına təşəkkürünü ifadə edib:
“Cəbhəni qoruyan və Ukraynanı müdafiə edən qəhrəman müdafiəçilərimizə təşəkkür edirəm! Ukrayna Prezidenti Vladimir Zelenskiyə göstərdiyi etimada görə minnətdaram! Dövlətimiz naminə yorulmadan çalışan bütün komandaya təşəkkür edirəm! Ukraynaya şöhrət olsun!”
Xatırladaq ki, bir gün əvvəl Prezident Zelenski baş nazir postuna namizəd olaraq hazırda vitse-premyer və iqtisadiyyat naziri vəzifəsində çalışan Yuliya Sviridenkonun adını açıqlamışdı. Onun namizədliyi yaxın günlərdə Ukrayna parlamentində müzakirəyə çıxarılacaq.
Nigar Rəhimova
19:25 15.07.2025
Oxunuş sayı: 936