TİKA autizmli uşaqlar üçün yeni otaqlar yaradıb





Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycan Autizm Assosiasiyasının nəzdində olan reabilitasiya mərkəzi üçün “Duyu Bütünləmə” və “Qaranlıq” otaqları yaradıb.
Crossmedia.az xəbər verir ki, açılışda TİKA-nın sədr müavini Ümit Naci Yorulmaz, Milli Məclisin deputatı Vüqar İskəndərov, Autizm Assosiasiyasının sədri Elnur Məmmədli, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələri iştirak ediblər.
Qeyd edək ki, bu otaqlar, xüsusilə autizm spektr pozuntusu olan uşaqların reabilitasiyasına və müalicəsinə dəstək məqsədilə qurulub.
Nəzrin Salmanova
22:30 15.06.2025
Oxunuş sayı: 738