Azərbaycanla Gürcüstan təhsil sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib

Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ümumi və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
17:16 20.05.2025
Oxunuş sayı: 501