Qazaxıstanlı politoloq: "Rusiya- Ukrayna sülh danışıqları olduqca çətin olacaq"

Rusiya-Ukrayma müharibəsi postsovet məkanına, ümumiyyətlə isə, bütün dünya müstəvisinə həm geosiyasi, həm də geoiqtisadi təsir göstərdi. Bu, bir daha göstərdi ki, xüsusilə bizim qardaş ölkələr, yaxın qonşular bir-biri ilə əməkdaşlıq etməli və ümumi regional təhlükəsizliyi, sabit iqtisadi məkanı təmin etməlidirlər.
Bu sözləri qazaxıstanlı politoloq Talqat Kuliyev Crossmedia.az-a geniş müsahibəsində deyib:
"Bu da Transxəzər nəqliyyat dəhlizinin aktuallığının artmasına səbəb oldu.Müharibənin nə vaxt bitəcəyini proqnozlaşdırmaq bu gün son dərəcə çətindir. Ümid edirəm ki, ən azı atəşkəs rejimi və müəyyən bir razılaşma əldə olunacaq. Sonradan sülh danışıqlarına başlanıla bilər. Ancaq sülh danışıqları olduqca çətin olacaq. Çünki tərəflərin mövqeləri bir-birini tamamilə inkar edir. Hər iki ölkəyə həm iqtisadi, həm də demoqrafik baxımdan ciddi ziyan dəyib. Ukrayna böyük infrastruktur itkiləri ilə üzləşib və kompensasiya məsələsi gündəmə gələcək. Tərəflərin mövqeləri yaxınlaşdırılmalı, kompromis tapılmalıdır. Bu isə çox uzun bir prosesdir və yaxın gələcəkdə tam nizamlama ehtimalı görünmür".
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/27805
16:52 24.04.2025
Oxunuş sayı: 1200