12 ABŞ ştatı Tramp administrasiyasını məhkəməyə verib

ABŞ-ın 12 ştatı – Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Nyu-York, Oreqon və Vermont Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək gömrük rüsumlarına qarşı məhkəmə iddiası qaldırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsində açılan iddiada ştatlar, Tramp administrasiyasının tarif siyasətlərinin qanunsuz olduğunu bildirərək, bu tədbirlərin Amerika iqtisadiyyatında ciddi pozuntulara səbəb olduğunu vurğulayıblar.
Müraciətdə, gömrük rüsumlarının faktiki olaraq “qanunsuz vergi artımı” kimi tətbiq edildiyi və bunun ABŞ Konstitusiyasının əsaslarına zidd olduğu qeyd olunub.
11:54 24.04.2025
Oxunuş sayı: 868