ABŞ dövlət katibi: "İranın uranı zənginləşdirmək icazəsi olmayacaq"

"İran dinc nüvə proqramına malik ola bilər, lakin ölkə daxilində uranı zənginləşdirməyə icazə verilməyəcək".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunları Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib.
Rubio Donald Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlı olduğunu və bu məqsədə danışıqlar yolu ilə nail olmağa üstünlük verdiyini bir daha vurğulayıb.
O deyib: "Tramp müharibə vəd edərək hakimiyyətə gələn prezident deyil. Biz müharibə istəmirik.
Əgər İran mülki məqsədlər üçün nüvə proqramı istəyirsə, bir çox başqa ölkələr kimi bu proqrama sahib ola bilər. Başqa sözlə, İran xaricdən zənginləşdirilmiş nüvə materialı idxal edə bilər".
09:43 24.04.2025
Oxunuş sayı: 814