İranın Livandakı səfiri XİN-ə çağırıldı, amma getmədi

İranın Livandakı səfiri Moctəba Əmani bu barədə deyib: “Mən Livanın Xarici İşlər Nazirliyindən çağırış aldım, lakin işimin çox olması səbəbindən təyin olunmuş vaxtda nazirliyə gələ bilmədim".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, Livan tərəfindən üzrxahlıq edərək iş yükünü azaltdıqdan sonra uyğun vaxtda Livan rəsmiləri ilə görüşə qatılacağını bildirib.
Bu hadisə Livan və regional mediada geniş əks-səda doğurub və bəzi analitiklər bunu iki ölkə arasında mümkün diplomatik gərginliyin əlaməti hesab ediblər, xüsusən də Livanın çoxsaylı siyasi və təhlükəsizlik problemləri ilə üzləşdiyi bir şəraitdə.
09:35 24.04.2025
Oxunuş sayı: 864