İstanbul yenidən silkələndi

İstanbulun Silivri sahillərində 3,7 bal gücündə daha bir zəlzələ baş verib.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkan Bakı vaxtı ilə isə 01:15-də baş verib. AFAD-ın paylaşdığı məlumatlara əsasən, zəlzələ 6,99 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, bu gün İstanbulda baş verən silsilə zəlzələlərdən sonra bölgədə afterşoklar davam edir.
Aybəniz Səfərova
01:28 24.04.2025
Oxunuş sayı: 1413