ABŞ Panama Kanalı zonasında hərbi mövcudluğunu artırır

ABŞ Panama Kanalı zonasında yerləşdirilmiş qoşunlarının sayını artırmağı planlaşdırır. Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, Vaşinqton artıq Panama kanalı boyunca, hər iki sahildə ABŞ qoşunlarının əlavə yerləşdirilməsini nəzərdə tutan çərçivə razılaşmasına nail olub. O bildirib ki, yeni razılaşma ABŞ hərbi və yardımçı gəmilərinin kanal vasitəsilə üstünlük hüququ ilə keçidini də təmin edir.
Xatırladaq ki, P.Heqset ABŞ-nin Panamada hərbi mövcudluğunu genişləndirmək planları barədə ilk dəfə aprelin 9-da bu Mərkəzi Amerika ölkəsinə səfərinin yekunları zamanı danışmışdı. Həmin vaxt nazir Panamada rotasiya əsasında birgə təlimlərin keçirilməsi ilə bağlı planları açıqlamışdı.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun Panama kanalı üzərində nəzarəti geri qaytarmasının zəruriliyini bir neçə dəfə vurğulayıb. O, keçid üçün tətbiq edilən yüksək tarifləri tənqid edərək, 1999-cu ildə kanalın nəzarətinin digər ölkəyə verilməsini əməkdaşlıq jesti kimi dəyərləndirib, güzəşt deyil, qarşılıqlı faydalı münasibətlərin təzahürü olduğunu qeyd edib.
22:50 23.04.2025
Oxunuş sayı: 623