Böyük Britaniyanın və Ukraynanın xarici işlər nazirləri arasında görüş başa çatıb

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa arasında keçirilən görüş başa çatıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş zamanı tərəflər müharibənin bitirilməsi və ədalətli, davamlı sülhün təmin olunması istiqamətində müzakirələr aparıblar.
“Biz müharibəni bitirmək və ədalətli, davamlı sülhü təmin etmək üçün ABŞ, Ukrayna və Avropa müttəfiqləri ilə eyni tempdə işləyirik”, - Devid Lammi bildirib.
Mədinə Cəlilova
20:31 23.04.2025
Oxunuş sayı: 840