Kütləvi hücum dəstəyi üçün ABŞ təyyarələri Səudiyyədə

ABŞ, uzaq məsafəli radiolokasiya aşkarlama və idarəetmə qabiliyyətinə malik iki Boeing E-3B Sentry (AŞACS) təyyarəsini Səudiyyə Ərəbistanına yerləşdirib. Təyyarələr iki gün əvvəl Aralıq dənizini keçərək İsrail istiqamətində hərəkət edərkən müşahidə olunmuş, lakin uçuş izləmə sistemləri onların Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda eniş etdiyini göstərib.
Crossmedia.az CNN istinadla xəbər verir ki,Bu xüsusi təyinatlı təyyarələr hava məkanının nəzarəti və idarəsi üçün nəzərdə tutulub və ABŞ-ın rəhbərlik etdiyi genişmiqyaslı hərbi əməliyyatlarda mühüm rol oynayır. Ekspertlər bu yerləşdirməni bölgədə gərginliyin artdığı bir dövrdə ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunu gücləndirmək və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün atılmış qabaqlayıcı addım kimi qiymətləndirirlər.
ABŞ əvvəllər də 1980-ci illərdə Səudiyyə Ərəbistanına bu tip təyyarələr satmış və son illərdə onların radar və texniki sistemlərini modernləşdirmişdi. Hazırkı yerləşdirmə regional sabitlik və mümkün təhlükələrin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Nigar Rəhimova
20:18 23.04.2025
Oxunuş sayı: 842