Yeni epidemya başladı: Xəstəliklərdə ciddi artım var

ABŞ-nin Texas ştatında qızılcaya yoluxanların sayı 624-ə çatıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ-ın Texas ştatının qərb hissəsini təsir edən qızılca epidemiyasında yoluxma halları 624-ə yüksəlib, son 5 gündə 27 yeni yoluxma halı qeydə alınıb. Texas Dövlət Səhiyyə Xidmətləri Departamentinin (DSHS) açıqlamasına görə, yoluxanların əksəriyyəti peyvənd olunmamış və ya peyvənd statusu bilinməyən insanlardır.
Səlahiyyətlilər qeyd edib ki, epidemiyanın yayılmasına nəzarət etmək üçün yerli səhiyyə idarələri ilə işlər davam etdirilir.
Zəhra Ağayeva
19:55 23.04.2025
Oxunuş sayı: 753