Yeni Cersi ştatında meşə yanğını: Minlərlə sakin evlərini tərk edir

ABŞ-nin şərq sahilində yerləşən Yeni Cersi ştatının Okean Dairəsi bölgəsində baş verən meşə yanğını nəticəsində sakinlər evlərini tərk etməyə məcbur olub. Alovların genişlənməsi səbəbindən çərşənbə axşamı 3,000-ə yaxın insan məcburi olaraq evakuasiya edilib və 1,300-dən çox bina təhlükə altına düşüb.
Crossmedia.az "BBC"yə istinadən xəbər verir ki, yanğının yolundakı bir neçə əsas avtomobil yolu da bağlanıb.
Hazırda heç bir tələfat barədə məlumat verilməyib, lakin yanğının səbəbi hələ araşdırılır. Yanğınla mübarizə hələ davam edir.
Nigar Rəhimova
19:30 23.04.2025
Oxunuş sayı: 864