Kolumbiya Prezidenti Petro ABŞ vizasının ləğv edildiyini açıqladı

Kolumbiya Prezidenti Qustavo Petro bildirib ki, Tramp administrasiyası onun ABŞ vizasını ləğv edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu ilin əvvəlində ABŞ-dan deportasiya olunan miqrantları qəbul etməyə razılaşan Petro bu fikrini kabinet iclasında deyib. O, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz toplantılarında niyə iştirak edə bilmədiyini izah edib.
Petro “Artıq gedə bilmirəm, çünki düşünürəm ki, vizamı ləğv ediblər”,- deyib.
“Əslində vizaya ehtiyacım yox idi, amma hər halda Donald Duck-ı bir neçə dəfə görmüşəm, indi başqa şeylərə baxaram,” deyə ABŞ prezidentinə eyham vurub.
ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı heç bir məlumat verməyib və vizalarla bağlı məlumatların məxfi olduğunu bildirib.
Fatimə Nəbiyeva
18:59 23.04.2025
Oxunuş sayı: 950