Dəməşq Rusiya və Türkiyə ilə hərbi mövcudluğu müzakirə edir

"Suriya hökuməti hazırda Türkiyə və Rusiya ilə ölkədəki hərbi mövcudluq barədə danışıqlar aparır".
Crossmedia.az Suriya mediasına istinadən xəbər verir ki, bunu Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şara açıqlayıb.
Onun sözlərinə görə, "Moskva onilliklər ərzində Suriya hərbçilərini silahla təmin edib və ölkədəki elektrik stansiyalarına texniki dəstək verib.
"Biz bu maraqları nəzərə almalıyıq" - Şara əlavə edib.
18:34 23.04.2025
Oxunuş sayı: 786