Xameneyi: “ABŞ ilə danışıqlar gərginliyi azaltmaq üçündür”

Bu gün Pekinə səfər edən İranın xarici işlər naziri Abbas Əraqçı 🇨🇳 Çin Xalq Respublikasının Sədri Si Cinpinə ölkənin ali rəhbəri Əli Xameneyidən məktub aparıb.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, məktubda ABŞ ilə danışıqların nəticələrinin Tehran-Pekin münasibətlərinə xələl gətirməyəcəyi vurğulanır.
Qeyd olunub ki, Xameneyi mesajında Vaşinqtonla danışıqların yalnız gərginliyi azaltmaq məqsədi daşıdığını bildirib. O, Vaşinqtonla hər hansı razılaşma əldə olunarsa, Tehranın Pekinlə 25 illik strateji razılaşmanın müddəalarına sadiq qalacağını və iki ölkə arasında iqtisadi əlaqələrin davam edəcəyini deyib.
14:53 23.04.2025
Oxunuş sayı: 700