İstanbulda güclü ZƏLZƏLƏLƏR OLDU - TƏCİLİ

15:38
Crossmedia.az xəbər verir ki, İstanbulda 5.9 maqnitudalı yeddinci zəlzələ oldu.
Məlumatlara görə İstanbulda artıq 14 afterşok qeydə alınıb.
******
14:44
******
14:39
İstanbul Böyükşəhər Bələdiyyəsindən də açıqlama gəlib: “Hələlik ciddi bir hadisə barədə məlumat yoxdur. Təcili yığışmaq qərarına gəldik”.
TGRT məlumat verib ki, İstanbulda baş verən zəlzələlər nəticəsində bir nəfər balkondan atıldığı üçün yaralanıb.
******
14:21
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)yaydığı məlumata görə episentri Silivri rayonu olan zəlzələ Türkiyə saatı ilə 12:49-da qeydə alınıb.
Zəlzələnin ocağı 6.92 kilometr dərinlikdə yerləşib.
******
14:02
İstanbuldakı zəlzələ yerin 6.9 kilometr dərinliyində qeydə alınıb, afterşoklar davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Mərmərə dənizinin Silivri rayonu sahillərində 10 saniyə davam edən yeraltı təkan böyük təşvişə səbəb olub və ətraf vilayətlərdə də hiss edilib.
15:38 23.04.2025
Oxunuş sayı: 784