Qətər və Misir atəşkəs üçün yeni təşəbbüs irəli sürdü

Qətər və Misir vasitəçiləri İsrail və HƏMAS-a Qəzza zolağında atəşkəsin əldə olunması ilə bağlı yeni təşəbbüs təqdim ediblər.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, yeni plana əsasən, tərəflər arasında 5-7 il müddətində atəşkəs elan olunmalı, HƏMAS israilli girovları, İsrail isə fələstinli məhbusları azad etməlidir. Planda həmçinin İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması nəzərdə tutulur.
HƏMAS Qəzzanın idarəsini Fələstin Administrasiyasına və ya yeni bir idarəetmə qurumuna verməyə hazır olduğunu bəyan edib. HƏMAS nümayəndə heyəti bu mövzuda məsləhətləşmələr üçün artıq Qahirəyə yola düşüb.
İsrailin Baş naziri Benyamin Netanyahu isə HƏMAS tamamilə məhv olunmadan və girovlar geri qaytarılmadan müharibənin bitməyəcəyini bildirir. İsrail hələlik vasitəçilərin təşəbbüsünü rəsmi olaraq şərh etməyib. Bu arada Qəzzaya intensiv hava zərbələri davam edir – son sutkada azı 22 nəfər ölüb, onlarla insan yaralanıb, infrastruktur ciddi ziyan görüb.
Zəhra Ağayeva
14:50 23.04.2025
Oxunuş sayı: 750