Kəşmirdə silahlı hücum: Modi Səudiyyə səfərini yarımçıq dayandırdı

Hindistanla Pakistan arasında gərginlik artmaqdadır. Kəşmirdə turistlərə qarşı həyata keçirilən silahlı hücum bölgədə vəziyyəti daha da gərginləşdirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Hindistanın Baş naziri Narendra Modi hadisə ilə bağlı səudiyyə Ər-Riyadda planlaşdırılan səfərini yarımçıq dayandırıb. O, hücumu kəskin şəkildə pisləyib və bildirib: “Terrorizmə qarşı mübarizədə qətiyyətimiz sarsılmazdır”.
Bu gün Hindistanla Pakistan arasında yerləşən Kəşmir bölgəsində naməlum silahlı şəxslər turistlərə atəş açıblar. Son məlumata görə, azı 24 nəfər həyatını itirib. Rəsmilər bu hücumu son illərin ən genişmiqyaslı mülki vətəndaşlara qarşı törədilmiş hücumu adlandırıblar.
Zəhra Ağayeva
14:30 23.04.2025
Oxunuş sayı: 730