ABŞ Kiyevdən Trampın "sülh planına" cavabını bu gün - aprelin 23-də gözləyir

Axios mənbələrə istinadən xəbər verir ki, ABŞ Ukraynanın Trampın təklif etdiyi sülh planına aprelin 23-də cavab verəcəyini gözləyir. Bu gün Londonda Ukrayna, ABŞ, Böyük Britaniya və Aİ nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Nəşrin məlumatına görə, Kiyev planın özünü deyil, yalnız 30 günlük atəşkəsi müzakirə etmək niyyətindədir, ona görə də dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff Londona gəlməyəcək. ABŞ nümayəndə heyətinə Keyt Kelloq başçılıq edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Axiosun sözlərinə görə, sülh planı Krımın Rusiya tərəfindən de-yure tanınmasını, işğal olunmuş ərazilərin de-fakto tanınmasını və sanksiyaların ləğvini nəzərdə tutur.
Ukraynalı və avropalı ekspertlər hesab edirlər ki, bu, Rusiyaya həddən artıq güzəştlər ehtiva edir, Kiyev və onun müttəfiqlərinin “qırmızı xətlərini” keçir. Eyni zamanda, planda Moskva üçün qəbuledilməz olan müddəalar da var. Əgər hər iki tərəf təklifi rədd edərsə, Tramp sülh yolu ilə həll üçün əlavə cəhdlərdən imtina edə bilər.
13:50 23.04.2025
Oxunuş sayı: 695