Küveyt İsraildəki fanatik qrupların Məscidül-Əqsanı bombalama çağırışlarını sərt şəkildə qınadı

İsraildəki fanatik qrupların süni intellekt vasitəsilə yayımladıqları və Məscidül-Əqsanın bombalanması səhnələrini əks etdirən görüntülər beynəlxalq aləmdə narahatlıq doğurub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi bu görüntülərlə bağlı bəyanat yayıb.
Nazirlik bildirib ki, israilli ekstremist məskunlaşma qruplarının Məscidül-Əqsanın məhv edilməsi və onun yerində yəhudi məbədinin tikilməsi ilə bağlı çağırışları irqçi, təxribat xarakterli və bütün müsəlman dünyasının hisslərini hədəfə alan hərəkətdir.
“Küveyt İsrail işğalına bağlı ekstremist məskunlaşma qruplarının Məscidül-Əqsanı bombalamaq və onun xarabalıqları üzərində qondarma məbəd tikmək üçün irqçi və təxribat xarakterli çağırışlarını şiddətlə qınayır”, – bəyanatda qeyd olunub.
Qeyd edək ki, son zamanlar Məscidül-Əqsaya edilən hücumların və pozuntuların artması ilə paralel yayılan bu çağırışlar bölgədə gərginliyi daha da artırıb.
Küveyt tərəfi beynəlxalq ictimaiyyəti İsrailin birtərəfli addımlarına qarşı təcili tədbir görməyə çağırır.
Aybəniz Səfərova
18:25 21.04.2025
Oxunuş sayı: 697