Tədqiqat İnstitutu: “İran bölgədə silah dəhlizini canlandırmaq istəyir”

"Bəşar Əsəd rejiminin devrilməsinə baxmayaraq, İran regionda silah dəhlizinin açılması məqsədi ilə hələ də Suriyadakı mövcudluğunu möhkəmləndirməyə çalışır".
Crossmedia.az xəbər verir ki , bu fikirləri İsrailin “ALMA” Araşdırma İnstitutu bildirib.
“İran və Hizbullah Suriya ərazisində öz mövqelərini bərpa etmək niyyətlərindən əl çəkməyiblər. Onlar yerli qüvvələrlə yeni əməkdaşlıq vasitəsilə müxtəlif maraqlar və maliyyə əsasında tezliklə bu yöndə addım ata bilərlər”, - deyə,vurğulayıb.
Qeyd olunub ki, bu səylərin məqsədi Suriyanın şərqində İraq sərhədindən başlayan və qərbdə Livan sərhədinə qədər uzanan strateji dəhlizin quru yollarını yenidən aktivləşdirməkdi.
14:40 21.04.2025
Oxunuş sayı: 636