İran XİN: “Danışıqlarda əsas istəyimiz sanksiyaların ləğvidir”

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında Tehran-Vaşinqton danışıqlarına toxunaraq, “İrana qarşı tətbiq edilən sanksiyaları “əsassız və qanunsuz” adlandırıb.
Crossmedia.az xəbər verir ki , bu barədə (Snn.İr) məlumat yayıb.
Bəqainin sözlərinə görə, “istənilən danışıqlarda İranın əsas tələbi sanksiyaların aradan qaldırılmasıdır”. O, bildirib ki, sanksiyaların tam şəkildə ləğv edilməsi İranın iqtisadi və bank fəaliyyətini normal şəkildə həyata keçirməsinə imkan yaradacaq.
12:30 21.04.2025
Oxunuş sayı: 708