Roma Papası vəfat edib

Katolik dünyasının ruhani lideri Papa Fransisk 89 yaşında vəfat edib.
Crossmedia.az bu barədə "Reuters" Vatikana istinadən xəbər verir.
Qeyd edək ki, Papa uzun zamandır bronxitdən əziyyət çəkirdi.
O, son çıxışını aprelin 20-də Pasxa mərasimində edərək, Qəzzada atəşkəs, Ukraynada ədalətli və davamlı sülh çağırışı, Ermənistan-Azərbaycan arasında isə sülh müqaviləsinin imzalanmasına dair arzularına dilə gətirmişdi.
Aybəniz Səfərova
11:58 21.04.2025
Oxunuş sayı: 721