KİV: ABŞ-İran danışıqları tezliklə uğursuzluğa düçar olacaq

Amerika rəsmisi Təl-Əvivin İran və ABŞ arasında nüvə danışıqlarında əldə edilən irəliləyişdən narahat olmamasını bildirib.
Bu barədə Crossmedia.az “Israel Hayom” qəzetinə istinadən məlumat verir.
ABŞ rəsmisi deyib ki, Tehran-Vaşinqton danışıqları tezliklə uğursuzluğa düçar olacaq.
Onun sözlərinə görə, Donald Tramp İranın yaratdığı ciddi təhlükədən xəbərdardır.
“Tehran və Vaşinqton arasında danışıqların ikinci raundunda irəliləyiş əldə olunduğuna dair xəbərlərə baxmayaraq, bu müzakirələr ABŞ-nin tələblərinin tam şəkildə təqdim edilməsi ilə yaxın bir neçə həftədə uğursuz olacaq”, - deyə, qəzetdə vurğulanıb.
12:10 21.04.2025
Oxunuş sayı: 629