İsrail Suriyaya hücum planını TƏSDİQLƏDİ

İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi general Eyal Zamir Suriyaya qarşı gələcək hücum və müdafiə planlarını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, general Eyal Zamir Suriyanın müxtəlif ərazilərində yerləşən hərbi mövqelərə baş çəkərək, orada xidmət edən komandirlər və əsgərlərlə görüşüb. Səhra turu zamanı bölgədəki vəziyyət dəyərləndirilib və təhlükəsizlik prioritetləri müzakirə olunub.
Səfər çərçivəsində Baş Qərargah rəisi yüksək rütbəli komandirlərlə birgə gələcək mümkün əməliyyatlar üzrə planları nəzərdən keçirərək onların həyata keçirilməsi ilə bağlı yekun təsdiqini verib.
İsrailin bu addımı bölgədə artan gərginlik fonunda diqqət çəkir.
Aybəniz Səfərova
11:19 21.04.2025
Oxunuş sayı: 637