Çin ABŞ və tərəfdaşlarının sövdələşmələrinə dair sərt mövqe bildirib

Pekin administrasiyası Çin Xalq Respublikasının milli maraqlarına zidd olan hər hansı beynəlxalq ticarət razılaşmasına qarşı olduğunu qəti şəkildə bəyan edib. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Vaşinqtonun üçüncü ölkələrlə Çin əleyhinə yönəlmiş istənilən iqtisadi razılaşması qəbulolunmaz hesab ediləcək. Belə halların baş verdiyi təqdirdə, Çin tərəfi bu cür təşəbbüslərə qarşı qəti və adekvat əks-tədbirlərin görüləcəyini vurğulayıb.
10:20 21.04.2025
Oxunuş sayı: 798