İtaliya XİN: “Tehran-Vaşinqton razılaşması mümkündür”

İtaliyanın xarici işlər naziri Antonio Tayani İran və ABŞ arasında nüvə razılaşmasının əldə olunmasının mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, nazirin açıqlamasına görə, Tehranın nüvə proqramı ilə bağlı mövcud gərginliyin azaldılması üçün diplomatik yollar açıq qalmalıdır. Onun sözlərinə görə, bölgədə stabilliyin təmin olunması və beynəlxalq təhlükəsizlik baxımından Tehran və Vaşinqton arasında razılaşma vacibdir.
Tayani vurğulayıb ki, hazırda tərəflər birbaşa deyil, dolayı vasitələrlə təmasdadırlar və bu diplomatik kanallar vasitəsilə müsbət nəticə əldə olunması ehtimalı var. O, həmçinin Avropa İttifaqının bu prosesi dəstəkləməyə və vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bildirib.
Nazir beynəlxalq ictimaiyyəti də sülh yolu ilə həll yollarını təşviq etməyə çağırıb və qeyd edib ki, dialoqun davam etməsi regional və qlobal sabitlik üçün önəmlidir.
Mədinə Cəlilova
18:48 20.04.2025
Oxunuş sayı: 630