ABŞ-də Tramp əleyhinə etirazlar: müxtəlif ştatlarda minlərlə insan toplaşdı

ABŞ-nin bir çox bölgəsində, xüsusilə də New York və Vaşinqton şəhərlərində Prezident Donald Trampın siyasətlərinə qarşı etiraz aksiyaları keçirilib.
New York-un Manhattan bölgəsində minlərlə insan toplaşaraq Tramp hökumətinin miqrasiya, sosial haqlar və digər sahələrdəki siyasətlərinə etiraz edib.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, etirazçılar Central Park istiqamətində yürüş təşkil ediblər.
Vaşinqtonda isə Ağ Evin qarşısındakı Lafayette Parkda toplaşan nümayişçilər, həm Prezident Trampa, həm də Hökumət səmərəliliyi departamentinin rəhbəri İlon Maska qarşı şüarlar səsləndiriblər.
Aksiyalarda həmçinin ABŞ hökumətinin miqrantlara münasibəti və ölkənin Qəzzaya dair siyasəti də tənqid edilib. Bir qrup etirazçı Konqres binasına doğru yürüş edib, bir nəfər isə saxlanılıb.
Çikaqoda və digər ştatlarda, o cümlədən Massachusetts və Cənubi Karolinada da oxşar etiraz aksiyaları keçirilib. Nümayişçilər “Demokratiyamızı xilas edin”, “Kral yoxdur” yazılı plakatlarla çıxış ediblər.
Mədinə Cəlilova
18:05 20.04.2025
Oxunuş sayı: 567