ABŞ-nin ən yaşlı kosmonaftı ad günündə Yerə eniş etdi

ABŞ və Rusiyadan olan üç nəfəri Yerə qaytaran “Soyuz MS-26” kosmik kapsulu Qazaxıstana eniş edib. Onlardan biri olan Dan Pettit, ABŞ-nin hələ də aktiv xidmət göstərən ən yaşlı kosmanavtıdır.
NASA-nın məlumatına görə, Pettit, Aleksyey Ovçinin və İvan Vaqnerlə birlikdə bazar günü yerli saatla 06:20-də Qazaxıstana enərək Yerə qayıdıblar. Pettit bu enişlə 70 yaşını Yer kürəsində qarşılamış oldu.
Crossmedia.az NASA-ya istinadən xəbər verir ki, üç nəfəri daşıyan kapsul paraşüt vasitəsilə yerə endirilib. Pettit, ISS-də keçirdiyi bu missiya ilə dördüncü kosmik səyahətini tamamlayıb. O, ümumilikdə 590 gün kosmosda olub.
Mədinə Cəlilova
17:36 20.04.2025
Oxunuş sayı: 450