Daşqınlar 3 nəfərin həyatına son qoydu

Hindistanın Cammu və Kəşmir bölgəsində leysan yağışlar daşqına səbəb olub.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib.
Rəsmilər Ramban şəhərindən 100-dən çox insanın təxliyə edildiyini və xilasetmə əməliyyatlarının davam etdiyini bildirib. Yolların su basdığı ərazidə 40-a yaxın ev dağılıb. Bir çox avtomobili sel suları aparıb.
Torpaq sürüşməsi səbəbindən Cammu-Srinagar Milli Avtomobil Yolu (NH-44) nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb.
Daşların yola düşməsi nəticəsində yüzlərlə avtomobil yolda qalıb.
15:34 20.04.2025
Oxunuş sayı: 535