ABŞ rəsmisi Əraqçinin dəvətini RƏDD ETDİ!

Əraqçının Vaşinqtonda nüvə konfransında çıxış etməyə dəvətinə etiraz edildi.
Crossmedia.az ABŞ mediasına istinadən xəbər verir ki, İranın Nüvə Silahlanmasına Qarşı Birliyin baş direktoru Mark Uolles Vaşinqtonda keçirilən Karnegi Beynəlxalq Nüvə Siyasəti Konfransında çıxış etmək üçün İranın xarici işlər naziri Abbas Əraqçının dəvətini rüsvayçılıq adlandırıb.
Dəvətin geri götürülməsinə çağırış edən Uolles deyib: “Əraqçı SEPAH-ın zabitidir. O, keçmiş SEPAH komandiri, eyni zamanda Qüds qanadının zabiti olub. Əraqçı əlləri amerikalı qanına bulaşmış biridir”.
Uolles, daha sonra Əraqçını “qanlı rejimin gülərüz siması” kimi xarakterizə edib və bildirib ki, “bu, Donald Trampa sui-qəsd etmək istəyən eyni hökumətdir və indi aldadıcı sima ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.
Qeyd edək ki, konfransın bazar ertəsi keçirilməsi planlaşdırılır və Əraqçı virtual olaraq çıxış edəcək.
15:12 20.04.2025
Oxunuş sayı: 649