Türkiyə uçuşları dayandırdı

Türkiyədə müşahidə olunan qatı duman ölkənin bəzi hava limanlarında uçuşların ləğv edilməsinə səbəb olub.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, Trabzon Hava Limanından Ankara və İstanbula planlaşdırılan bəzi reyslər ləğv edilib.
Ankara və İstanbuldan Rizə-Artvin Hava Limanına planlaşdırılan iki reys də dayandırılıb.
Uçuşların hava şəraiti yaxşılaşdıqdan sonra həyata keçirilməsi planlaşdırılır.
14:56 20.04.2025
Oxunuş sayı: 666