Çin–Ukrayna xəttində gərginlik: Kiyev sanksiya tətbiq etdi, Pekin iddiaları rədd etdi

Ukrayna, Çin şirkətlərinin Rusiyaya silah tədarük etdiyinə dair iddiaların ardından üç Çin şirkətinə qarşı sanksiya tətbiq edib. Çin Xarici İşlər Nazirliyi isə bu iddiaları əsassız adlandıraraq rədd edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən verdiyi açıqlamada Çinli bəzi firmaların Rusiyaya ağır silah və barıt verdiyini və bəzi Çin müəssisələrinin Rusiya ərazisində silah istehsalı ilə məşğul olduğunu iddia edib. Zelenski iddialarını sübut edəcək sənəd təqdim etməyib.
Ukrayna hökuməti, 18 aprel Cümə günü sanksiya siyahısını yeniləyib. Yenilənmiş siyahıya Rus şirkətləri ilə yanaşı Çin mənşəli üç şirkət, “Pekin Aviasiya” və “Aerokosmik Xianghui Texnologiya”, “Rui Jin Maşın” və “Zhongfu Shenying” “Karbon Fiber Xining”də əlavə olunub. Sanksiyaların detalları açıqlanmasa da, bu şirkətlərin Ukraynada fəaliyyət göstərməsi qadağan olunur və ölkədəki aktivləri dondurulur.
2021-ci il məlumatlarına görə, Ukrayna Çin bazarına 8 milyard dollarlıq məhsul ixrac etmişdi. Əsasən xammal və kənd təsərrüfatı məhsullarından ibarət bu ticarətə qarşılıq olaraq, Ukrayna həmin il Çindən 11 milyard dollarlıq mal idxal etmişdi.
Çin Xarici İşlər Nazirliyi isə bu gün iddialara cavab verərək onların əsassız olduğunu bildirib. Çin dövlət mediası Global Timesın yaydığına görə, nazirliyin sözçüsü Lin Jian açıqlamasında “Çin, əsassız ittiham və siyasi manipulyasiyalara qarşı çıxır” deyib. O, Kiyev rəhbərliyinin Çin hökumətinin heç bir münaqişə tərəfinə ölümcül silah vermədiyindən və iki məqsədli məhsulların ixracına ciddi nəzarət etdiyindən xəbərdar olduğunu qeyd edib.
Lin Jian əlavə edib: “Ukrayna özü də bilir ki, Rusiyanın idxal etdiyi silahların əksər komponentləri ABŞ və digər Qərb ölkələrindən gəlir.”
Mədinə Cəlilova
21:10 18.04.2025
Oxunuş sayı: 1188