Meloni prezident Donald Trampa Qərbi gücləndirməyi təklif etdi

İtaliyanın Baş naziri Corca Meloni ABŞ prezidenti Donald Tramp ilə görüşü zamanı Qərb sivilizasiyasını “daha güclü” etmək təşəbbüsü ilə çıxış edib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Meloni sosial şəbəkə X-də paylaşım edərək bildirib: “Mənim üçün Qərb sadəcə coğrafi məkan deyil, bu bir sivilizasiyadır və mən bu sivilizasiyanı daha güclü etmək istəyirəm. Məqsədim Qərbi yenidən böyük etməkdir və düşünürəm ki, biz bunu birlikdə edə bilərik”.
ABŞ prezidenti Donald Tramp isə bu təşəbbüsü dəstəkləyib və bunun gerçəkləşməsinin mümkün olduğunu deyib.
Bundan əlavə, İtaliyanın baş naziri Trampın onun dəvətini qəbul etdiyini və Romaya səfər edəcəyini açıqlayıb. Meloni qeyd edib ki, həmin tarixdə ABŞ və Avropa İttifaqı arasında sammit keçirilə bilər.
Zəhra Ağayeva
18:40 18.04.2025
Oxunuş sayı: 1247