ABŞ Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qarşı sanksiyaları yumşalda bilər

ABŞ, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasını nəzərdən keçirir. Crossmedia.az bildirir ki,Politico nəşrinin məlumatına görə, Dövlət Departamenti və Maliyyə Nazirliyi bu məsələ ilə bağlı müzakirələr aparır.
Məqsəd isə keçid dövründə yeni hakimiyyətə dəstək göstərmək, dövlət institutlarını gücləndirmək və regionda İranla Rusiyanın təsirini azaltmaqdır.
Həmçinin ABŞ Dövlət Departamentinin rəsmisi Pol Gualyanone, senator Elizabet Uorrena ünvanladığı və daha əvvəl ictimaiyyətə açıqlanmayan məktubda Əsədin hakimiyyətdən getməsini “tarixi bir fürsət” adlandırıb. O, ABŞ-nin Suriyaya qarşı yeni güzəştlər, lisenziyalar və yardım proqramları üzərində işlədiyini təsdiqləyib.
Fidan Xəlilova
09:06 18.04.2025
Oxunuş sayı: 887