ABŞ İsrailin İrana zərbə endirmək planını dəstəkləmədi

İsrail 2025-ci ilin may ayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırsa da, bu fikirdən imtina edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın bu addımı dəstəkləməməsi olub.
Məlumata görə, İsrail ABŞ-nin hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və İranın mümkün cavab zərbəsinə qarşı yəhudi dövlətini qoruyacağına əmin idi. Həmin hücumun məqsədi Tehranı nüvə silahı hazırlamaq səylərindən azı bir il müddətinə çəkindirmək idi.
Lakin qeyd edilir ki, Tramp İranla fikir ayrılıqlarını diplomatik yolla həll etməyi seçib və aprelin əvvəlində İsrailə ABŞ-nin İrana qarşı hərbi əməliyyatı dəstəkləməyəcəyini bildirib. Tramp bu məsələni Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə gündəmə gətirib.
Zəhra Məmmədova
12:38 17.04.2025
Oxunuş sayı: 995