ABŞ bu ölkələrlə ticarət müqaviləsi imzalayacaq

ABŞ hakimiyyəti yaxın bir neçə həftə ərzində Böyük Britaniya ilə ticarət sazişi imzalamağa çalışır.
Crossmedia.az xəbər verir ki , bu barədə "The Daily Telegraph" Ağ Evdəki mənbəyə istinadən bildirib.
Qeyd olunur ki, Vaşinqton “yaxın vaxtlarda” Londonla ticarət sazişi imzalayacaq.
"İki həftəyə, bəlkə də üç həftəyə", - mənbə aydınlaşdırır.
Böyük Britaniyanın ABŞ-la müqavilə bağlayan ikinci qrup ölkələr sırasında olacağı da bildirilir. Qəzetin qeyd etdiyi kimi, ilk növbədə, ABŞ ilə Hindistan, Cənubi Koreya və Yaponiya arasında razılaşmalar gözlənilir.
Nuray Mikayıllı
11:45 17.04.2025
Oxunuş sayı: 913