Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı qərar verdi - TƏCİLİ

Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın "Embraer 190" təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.
Crossmedia.az bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat verir.
Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.
İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.
10:01 25.03.2025
Oxunuş sayı: 2105