Tramp Çinə səfər edib
ABŞ Prezidenti Donald Tramp Çinə səfər edib. Məlumata görə, Çin lideri Si Cinpin onu şəxsən qarşılayıb.
Crossmedia.az xəbər verir ki, "Associated Press" Trampın noyabrın 18-də Çinə gəldiyini bildirib.
ABŞ Prezidenti Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Şençjen şəhərinə səfər edib.
Səfər çərçivəsində Donald Tramp və Si Cinpin arasında ikitərəfli görüşün keçirilməsi, ticarət-iqtisadi münasibətlərin və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur.
13:42 18.11.2026
Oxunuş sayı: 130