Latviya rusiyalılara vizanı çətinləşdirdi
Latviya hökuməti Rusiya və Belarus vətəndaşlarının ölkəyə girişinə və viza müraciətlərinin qəbuluna dair məhdudiyyətləri 2027-ci il dekabrın 31-dək uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Qərar noyabrın 10-da qəbul edilib. Bununla da 2026-cı ilin sonunda başa çatmalı olan məhdudiyyətlərin müddəti daha bir il artırılıb.
Yeni qaydalara əsasən, Latviya vətəndaşlarının, eləcə də Avropa İttifaqı, Avropa İqtisadi Zonası və İsveçrə vətəndaşlarının ailə üzvləri üçün istisnalar saxlanılır. Humanitar səbəblərlə ölkəyə gələnlər, diplomatlar və nəqliyyat şirkətlərinin əməkdaşları da müəyyən istisnalardan yararlana biləcəklər.
Qeyd edək ki, Latviya Xarici İşlər Nazirliyi qərarı regiondakı qeyri-sabit vəziyyət və ölkənin daxili təhlükəsizliyinin qorunması zərurəti ilə əsaslandırıb.
Dəniz Pənahova
19:39 11.11.2026
Oxunuş sayı: 152