"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
Crossmedia.az-ın məlumatına görə, V turda Rumıniyada "Universitatiya" komandasının qonağı olan Murad Dikmənin baş məşqçisi olduğu kollektivi 96:105 hesabı ilə uduzub.
Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib.
23:16 04.11.2026
Oxunuş sayı: 53