Texasda 30 ildən sonra ilk: Demokrat İnohosa qubernator seçildi
Demokratlar Partiyasının nümayəndəsi İnohosa Texas ştatında keçirilən qubernator seçkilərində qələbə qazanaraq respublikaçıların 30 ildən çox sürən hakimiyyətinə son qoyub.
Crossmedia.az xəbər verir ki, "The Texas Tribune" bu barədə məlumat yayıb.
Qələbə nəticəsində o, mövcud qubernator Qreq Ebbottun dördüncü müddətə seçilməsinə imkan verməyib.
İnohosa 2027-ci ilin yanvar ayında vəzifəsinin icrasına başlayaraq Texas ştatının tarixində ilk latın amerikalı qadın qubernator və 1995-ci ildən bəri bu postu tutan ilk Demokrat Partiyası nümayəndəsi olacaq.
20:09 04.11.2026
Oxunuş sayı: 57